» » Ağstafanın şəhid və qazi övladları “Birlik Festivalı”nda

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Ağstafanın şəhid və qazi övladları “Birlik Festivalı”nda

"Yaradıcı Gənclər" İctimai Birliyi martın 8-də Ağstafa rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Birlik Festivalı” adlı layihə həyata keçirilib.

Tədbirdə Ağstafa rayonundan olan şəhid və qazi övladları da iştirak ediblər. Dövlət himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən layihə rəhbəri Mircavad Seyfili bildirib ki, layihənin məqsədi post-müharibə dövründə də şəhid və qazi övladlarının diqqətdə saxlanılması, uşaqların əyləncəli və səmərəli vaxt keçirilməsinə dəstək vermək və vətənpərvərliyin təbliğ olunmasından ibarətdir. Daha sonra Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev çıxış edərək bu cür layihələrin önəmidən söz açıb. O, qeyd edib ki, şəhid və qazi övladlarının bu gün cəmiyyətdə həssaslıqla diqqətdə saxlanılması önəmli olan məsələdir: “Biz çalışmalıyıq ki, onlar daha çox diqqət və qayğıyla əhatə olunsunlar və öz atalarının yoxluğunu hiss etməsinlər”.

Daha sonra layihənin proqram rəhbəri Nuranə xanım Şıxəliyeva iştirakçılara ətraflı məlumat verib. Tədbirdə eyni zamanda şəhid ataları və qazilərimizdə çıxışlar ediblər.
Rəsmi çıxışlardan sonra tədbirin bədii hissəsi başlayıb. "Virtual Qarabağ" İKT Mərkəzinin istehsal etdiyi "Mübariz İbrahimov" uşaqlar üçün cizgi filmi nümayiş etdirilib. Ardınca iştirakçılar şeir və musiqi parçaları səsləndiriblər. Daha sonra tədbir rəsm müsabiqəsi və intellectual yarışma ilə davam etdirilib. Ardınca Uşaqlar musiqi sədaları altında rəqs edib və müxtəlif növ əyləncəli oyunlarda iştirak ediblər. Qaliblər layihə rəhbəri tərəfindən hədiyyələr və medallarla mükafatlandırılıblar.

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor