» » Məişət tullantılarını toplanmasının səmərəliliyinin artırılması

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Məişət tullantılarını toplanmasının səmərəliliyinin artırılması

“Ekoleks” Ekoloji Hüquq Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Məişət tullantılarının idarə olunmasının ilkin həlqəsi - Mənzil istismar sahələri adlı layihəni tamamlamaq üzrədir.
Layihənin məqsədi məişət tullantılarının yığılması və daşınmasında yerli icra hakimiyyətlərinin Mənzil istismar sahələrinin fəaliyyətinin səmərələliliyinin artırılmasına, dövlət büdcəsi vəsaitlərinin və tariflər əsasında formalaşan ödənişlərin səmərəli istifadəsini təmin etməyə nail olmaq idi.
Layihə pilot fəaliyyət olaraq Yasamal rayonu ərazisində həyata keçirilmişdir. Yasamal rayonu şəhərin ərazicə böyük olmayan və formalaşmış infrastrulturra malik, çoxmərtəbəli evlərin üstünlük təşkil etdiyi hissəsidir. Məhz bu keyfiyyətlərinə görə layihənin məhz Yasamal rayonunda icrası qərara alınmışdı.
Layihənin icrası zamanı müəyən edimişdir ki, Yasamal rayonu ərazisində Yasamal rayonu Mənzil kommunal təsərrüfatı birliyinin 12, Müdafiə Nazirliyinin Bakı qarnizonu üzrə Mənzil istismar hissəsinin 3, 2 və 3 saylı Xüsusi təyinatlı mənzil kommunal təsərrüfat birliklərinin 3 mənzil istismar sahələri fəaliyyət göstərir. Məişət tullantılarının toplanması həmin MİS tərəfindən, daşınması isə küçələrin süpürülməsi zamanı əmələ gələn tullantılar istisna olmaqla, Bakı şəhər İcra hakimiyyətinin “Kommunal Xidmətlər Müəssisəsi” MMC tərəfindən həyata keçirilir. Müvafiq olaraq, məişət tullantıların toplanması və daşınmasına görə müəyyən edilən vəsait əhalidən qeyd edilən MİS-lər tərəfindən, rayon ərazisində fəaliyyət göstərən hüquqi şəxslərdən və sahibkarlardan isə “Kommunal Xidmətlər Müəssisəsi” MMC-nin bağladığı müqavilə üzrə ödənilir.
Rayon ərazisində yaranan iri qabaritli tullantıların və tikinti tullantılarının idarə olunmasına görə hər hansı ödəniş alınmas mexanizmi mövcud deyildir. Qapalı ərazilər istisna edilməklə, hüquqi şəxslər və sahibkarların tullantıları üçün konteynerlər mövcud deyildir. Rayon ərazisində tullantıların çeşidlənməsi üzrə pilot layihəsi həyata keçirildiyiə baxmayaraq, istehlakçılar üzərinə tullantılsrın çeşidlənməsi öhdəliyi qoyulmadığı səbəbindən tullantıların çeşidlənməsi vəziyyəti arzuolunandan çox uzaqdır.
Qeyd edilənələrə əsasən, dövlət büdcəsindən ayrılan dotasiyaya əsaslanan mövcud idarəetmə sisteminin səmərəliliyi qiymətləndirilmiş, mövcud təsərrüfat mexanizminin əsasən özünü maliyyələşdirməyə keçidə mane yaradan hallar araşdırılmış, siyasi, hüquqi, iqtisadi, institusional dəyişikləiklər üçün konkret təkliflər verilmişdir. Təkliflərin əhəmiyyətli qismi lokal səviyyədə qəbul ediləcək qərar hesabına icra oluna biləcək təşəbbüslərdən ibarətdir.
Tullantıların toplanmasının visual monitorinqi prosesində habelə tullantıların müvəqqəti saxlama yerlərinin və konteynerlərin yerləşmə sxemi hazırlanmış, daşımaların səmərəliliyinin artırılması üzrə tövsiyələr verilmişdir.
Araşdırma və monitorinq zamanı toplanan ilkin məlumatlar mütəmadi olaraq yerli vəzifəli şəxslər, mütəxəssislər və ictimaiyyət nümayəndələri ilə keçirilən müsahibələr, məsləhətləşmələr və müzakirələr nəticəsində qiymətləndirilmiş və tövsiyələrin əsasını təşkil etmişdir. Tövsiyələr beynəlxalq təcrübəyə və rayonu inkişaf spesifikasına uyğun istiqamətləri nəzərdə tutur. 
İcrası başa çatan hazırkı layihə üzrə gəlinən nəticələr və tövsiyələr kitab halında nəşr edilmiş, müvafiq mütəxəssislər və vətəndaş cəmiyyəti nümayəndələri arasında paylanmışdır. Kitab sayının məhdud olmasını nəzərə alaraq, hazırlanmış qiymətləndirmə hesabatı elektron formada internet resurslarda yerləşdirilmişdir.
Sevil İsayeva
Ekoleks ekoloji hüquq mərkəzinin
Direktoru
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor