» » Azərbaycanlı gənc Amerikada keçirilən beynəlxalq fizika və astronomiya olimpiadasında dünya ikincisi olub - FOTOLAR

ƏSAS / ÜMUMİ / DÜNYADA

Azərbaycanlı gənc Amerikada keçirilən beynəlxalq fizika və astronomiya olimpiadasında dünya ikincisi olub - FOTOLAR

Ərəstun Mahmudov adına 220 saylı məktəb - liseyin 10R sinif şagirdi Nihal Hüseynzadə ilk mərhələsi Azərbaycanda keçirilən, final mərhələsi isə Texas ştatının Hyuston şəhərində keçirilən  Kopernik adına beynəlxalq fizika və astronomiya olimpiadasında dünya ikincisi olub.

Onder.TV xəbər verir ki, “Amerikada 5 gün səfərdə olduğumuza görə imtahanla yanaşı bir çox qrup işləri və proyektlər həyata keçirdik”,-deyən Nihal Hüseynzadə onu da qeyd etdi ki, "NASA, Rice universiteti və Hyuston dövlət muzeyi kimi əhəmiyyətli təhsil və mədəniyyət mərkəzlərində geniş təcrübə topladıq.İmtahan nəticələrinə gəldikdə isə Azərbaycan millisini təmsil edən 24 nəfərdən 2-si qızıl 12-si gümüş 7-si bürünc olmaqla ümumilikdə 21 nəfər 3 yerdən birinə layiq görüldülər".

Reytinqdə isə bu nəticə ilə Azərbaycanı 1- ci yerə daşıdıq. Bu qələbəmi şəhidlərə, qazilərə və onların ailələrinə həsr edirəm. Dövlət bayrağımızı başqa ölkədə havalara qaldıran və dünyaya bir daha gücünü göstərən Azərbaycan vətəndaşı olaraq Ümumilli liderin dediyi: "Təhsil millətin gələcəyidir" sözündən yola çıxaraq gələcəyimizi daha da inkişaf etdirəcəyimə, dövlət bayrağı və himni ilə daima ucalara yüksələcəyimə söz verirəm”.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor