» » “Qoşqar – Riyaziyyat və Məntiq” yarışının qalibləri mükafatlandırıldı

ƏSAS / ÜMUMİ

“Qoşqar – Riyaziyyat və Məntiq” yarışının qalibləri mükafatlandırıldı


Aprelin 27-də “Hədəf” Liseyinin akt zalında "Şuşa ili” tədbirlər planı çərçivəsində təşkil olunmuş, Vətən müharibəsi şəhidi Qoşqar Ömərovun xatirəsinə həsr edilən “Qoşqar – Riyaziyyat və Məntiq” yarışının mükafatlandırma mərasimi keçirildi.
 
 

“Qoşqar – Riyaziyyat və Məntiq” yarışının Təşkilat Komitəsinin rəhbəri tarix üzrə fəlsəfə doktoru, dosent Elvin Əliyev giriş sözü ilə çıxış edib. Daha sonra dövlət himni səsləndirilib və Vətən müharibəsi şəhidləri yad olunub. 

Hədəf Şirkətlər Qrupunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq şəhid Qoşqar Ömərovun keçdiyi şərəfli ömür yolundan bəhs edib.

Şəhid Qoşqar Ömərovun həyat və fəaliyyətini əks etdirən foto slayd nümayiş olunub. Sonda şəhidin atası Səxavət Ömərov tədbir təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirib.

Qaliblər diplom, fəxri fərman və digər qiymətli hədiyyələrlə təltif ediliblər. 

V siniflər üzrə ən yüksək nəticəni Sumqayıt şəhər   Texniki və təbiət elmləri liseyinin şagirdi 75 balla Azay Mansumlu əldə edib. VI siniflər üzrə 1-ci yerə layiq görülən Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdi 83,33 balla Ərtoğrul Cəfərli olub. VII siniflər üzrə 1-ci yerə çıxan Mehdiabad qəsəbə 4 №-li tam orta məktəbin şagirdi 87,50 balla Məhəmməd Quliyev olub.VIII siniflər üzrə qalib olan Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdi 83,33 balla İsmayıl İsmayılzadə olub. 

Qalib şagirdlərin məktəb direktorları və nümayəndələri təşəkkürnamə ilə təltif ediliblər.
 Xatırladaq ki, aprelin 3-də Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron və Kürdəmir rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 5-ci, 6-cı, 7-ci və 8-ci sinif şagirdləri arasında keçirilən “Qoşqar – Riyaziyyat və Məntiq” yarışının birinci mərhələsində 1500-dən artıq şagird iştirak edib. 10 imtahan mərkəzində təşkil olunan yarışda şagirdlər 1 saat müddətində 30 sualı cavablandırıblar. /Hər sinif üzrə 15 sual məntiqdən, 15 sual riyaziyyat fənnindən təqdim olunub. 

Yarışda iştirak tamamilə ödənişsiz olub.

Mükafatlandırma mərasimində Müdafiə Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Dövlət İmtahan Mərkəzi, Bakı Slavyan Universiteti, YAŞAT Fondu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Abşeron Rayon Təhsil Şöbəsinin rəsmiləri, şagirdləri qalib olmuş məktəb direktorları və nümayəndələri qonaq qismində iştirak ediblər.

Şəhid müəllim Qoşqar Səxavət oğlu Ömərov 1994-cü il fevralın 9-da Kürdəmir rayonu Şilyan (Qarasu) kəndində müəllim ailəsində anadan olub. 2015-ci ildə ADPU-nun Riyaziyyat-informatika müəllimliyi ixtisasının bakalavr pilləsini, 2018-ci ildə AZMİU-nun İnformasiya texnologiyaları ixtisası üzrə magistratura pilləsini bitirib.

2016-cı il “Hədəf Kursları” MMC-nin müəllimlərin işə qəbulu imtahanında yüksək bal toplayaraq pedaqoji fəaliyyətə başlayıb. 2018-ci ildə MİQ imtahanında 57 bal toplayaraq Masazır kənd 5 nömrəli məktəbdə riyaziyyat müəllimi kimi işə qəbul olunub.

2020-ci il sentyabrın 21-də çağırışla ordu sıralarına qoşulub, sentyabrın 27-də Füzuli cəbhəsində döyüşlərə qatılıb. Əməliyyat zamanı xüsusi fəallığı və igidliyi ilə seçilərək kəşfiyyat bölüyünə daxil edilib. 

2020-ci ilin 4 noyabrında Şuşanın Daşaltı kəndi ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Ali Baş Komandanın əmri ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.












Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor