» » “Ötən 20 ildə bir çox sahələrdə inkişafa yol açan islahatlar aparılıb” — ATXƏM sədri

ƏSAS / ÜMUMİ / SİYASİ

“Ötən 20 ildə bir çox sahələrdə inkişafa yol açan islahatlar aparılıb” — ATXƏM sədri


"Bu il növbədənkənar prezident seçkilərinin keçirilməsi iki cəhətdən əhəmiyyət kəsb edir. Birincisi, ona görə ki, müstəqillikdən sonra ilk dəfə seçkilər bütün suveren ərazilərimizi əhatə edəcək. İkincisi isə bu seçkilər xalqın cənab Prezident İlham Əliyevin 20 illik hakimiyyətinə verdiyi qiymət kimi tarixdə öz yerini tutacaq”.

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov deyib. 

O qeyd edib ki, geridə qoyduğumuz 20 il ərzində iqtisadi, sosial sahələrdə, aqrar sektorda, ordu quruculuğu sahəsində və vətəndaş cəmiyyəti daxilində ölkənin inkişafında rol oynayan mühüm islahatlar aparılıb:

“Güclü iqtisadiyyat bütün dövlətlər üçün inkişafın təməlini təşkil edir. İqtisadi imkanlarımızın güclənməsi ötən 20 ildə iqtisadi sektorun inkişafı üçün atılan davamlı addımlar, sahibkarlara yaradılan münbit şərait, qanunvericilik bazasının daha da təkmilləşdirilməsi və ölkəyə sərmaya qoyuluşu imkanlarının artırılması ilə birbaşa bağlıdır. Yeni dövrdə iqtisadi sahədə də yeniliklər olmalıdır. Hesab edirəm ki, bu yeniliklər həm də iqtisadi cinayətkarlığa yol verən, sahibkarlığın inkişafına süni əngəllər yaradan, münbit rəqabət mühitinin olmasını əngəlləyən məmurların, məsul şəxslərin tutduqları postlardan uzaqlaşdırlması ilə daha da güclənəcək”. 

İ.İsmayılov bildirib ki, Azərbaycan bu gün regionda əsas söz sahiblərindən birinə çevrilib:

“30 il davam edən Ermənistan təhdidi artıq arxada qalıb. Azərbaycan xalqı daxili problemlərin həllinə, köklü islahatların aparılacağına inanır. Ölkə başçısının xarici qüvvələrə, separatçılara tuşlanmış “dəmir yumruğ”unun indi də daxildə inkişafımızı əngəlləyən, xalqı, sahibkarları incidən bəzi qurumlara və şəxslərə qarşı çevrilməsinin vaxtı yetişib. Bu gün cəmiyyətdə saflaşma, təmizlənmə getməlidir. Milli, vətənpərvər şəxslərin icra strukturlarında çalışması dövlət maraqlarının təmin olunmasına daha çox fayda verəcək. İnanırıq ki, 7 fevral seçkiləri hər qarış torpağımızda azad şəkildə keçiriləcək seçkilər kimi tarixdə öz yerini tutacaq. Bu seçkilərdən sonra daxildə islahatların müşahidə edilməsi gözləniləndir”.



Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor