» » Şəhid leytenant Emin Sadiqov

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / HADİSƏ / HƏRBİ

Şəhid leytenant Emin Sadiqov


https://youtu.be/gtef67huuAc?si=tYcJkNMlSVYBY4DM

Şəhid Emin Sadiqov,evin tək övladı,nümunəvi şagird,nümunəvi kursant və gözəl övlad. Emin uşaqlıqdan sevilən-seçilən şagirdlərdən olub. Anası deyir ki,həmişə onun haqqında hamıdan xoş sözlər təriflər eşitmişəm. O,məni heç vaxt incitməyib bu gündə düşünəndə məni incidən,xətrimə dəyən bir sözünüdə xatırlamıram. Eminin hərbiçi olması, onun atasının arzusu olub.
Ancaq təəssüflər olsun ki, Emin 10 yaşı olanda atasını itirir və ozamandan söz verir ki,atasının arzusunu həyata keçirdib hərbiçi olacaq.Elə hərbi litseyi bitirdikdə də,atasının məzarını ziyarət edərək ona hərbi salam verir.
Gürşad ana deyir ki, Eminin arzuları çox idi,həmişə arzu edirdi ki,işləyib məni gözəl yaşatsın. Atasız günlərində çəkdiyim əziyyəti mənə unutdursun. Ancaq balamın arzuları yarımçıq qaldı. Biz Gürşad ana ilə, görüşəndə onun bu qədər mərd duruşuna heyran qaldıq. Ana deyirdi ki,mənim övladım vətən yolunda gedib,özü bu yolu seçib,onu göz yaşlarımda boğmayacağıma söz vermişəm. Söz vermişəm ki,heç vaxt heyif balamdan deməyəcəyəm. Allah Azərbaycan xalqını qorusun!
Övladını,həmdə tək övladını itirmiş, həyatda tək qalmış bu sözləri eşitmək bizi duyğulandırdı. Bir ana nəqədər vətənpərvər olmalıdır ki, bu qədər məğrur dayana bilsin.
Ancaq bir tərəfdən də,düşünmək lazımdır ki,yalnız bu qədər mərd anaların övladlar belə cəsur,igid ola bilər. Gürşad ana Naxçıvan MR tək anadır ki,yeganə övladını vətən yolunda şəhid verib. Buna baxmayaraq həmişə çalışır ki,şəhid analarının yanında olsun onlara dəstək olsun.
Emin Sadıqov 5 oktyabrdan ikinci Qarabağ müharibəsinin odlu-alovlu döyüşlərində iştirak edir.26 oktyabrda Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlər zamanı,qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Şəhid olduqdan sonra Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin sərəncamı ilə,"VətənUğrunda" 
"Döyüşdə Fərqlənməyə Görə"
"Füzulinin azad olunmasına görə" medalı və 3"cü dərəcəli medalı ilə təltif olunur.
Ruhun şad olsun cənab leytenant!!!
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor