» » “Bizon” geri çəkildi – Natəvanla Axundovun reklamını dayandırdı-Video

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

“Bizon” geri çəkildi – Natəvanla Axundovun reklamını dayandırdı-Video

“Enerji içkisi “Bizon”un Xurşudbanu Natəvanın və Mirzə Fətəli Axundovun heykəl və obrazlarından istifadə etdiyi reklamı yayımdan qaldırıldı. Dəyərlərimizə hörmət etməyi bacarmalıyıq. Bundan sonra da mənəvi dəyərlərə hörmətsizlik edənlərə qarşı sərt mövqedə olacam”.

Onder.tv məlumat verir ki, bu barədə folklorşünas Elyar İslamoğlu deyib. Onun sözlərinə görə, əslində bu məsələyə öncə Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyi etiraz bildirməli idi: “Amma AYB-nin başı mənzil bölgüsünə, Mədəniyyət Nazirliyinin də başı hansısa daha “vacib” məsələlərə qarışdığı üçün reaksiya olmadı. Milli mənəvi dəyərlərin təbliği, qorunması üçün dövlətdən on minlərlə qrant alan QHT və İctimai Birliklərin də heç səsi çıxmadı. Belə hadisələr baş verəndə daha öncədən sinəsini cıraraq “Vətən, Millət, Sakarya” bağıranların da iç üzü açılır, şəxsi mənafeləri, biraz pul üçün hansı cildə girdiklərini görürük”.

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor