» » ABŞ Navalnıya görə Rusiyaya sanksiya tətbiq etdi

ƏSAS

ABŞ Navalnıya görə Rusiyaya sanksiya tətbiq etdi

ABŞ Ticarət Nazirliyi həbsdə olan rusiyalı müxalif bloger Aleksey Navalnının işi ilə əlaqədar 14 təşkilatı “qara siyahı”ya salıb.
“Onder.tv Qafqazinfo ya istinadən ” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi brifinqdə bildirib. Onun sözlərinə görə, bunlardan 13-ü kommersiya şirkətidir ki, 9-u Rusiyada, 3-ü Almaniyada, 2-i İsveçrədə fəaliyyət göstərir. Həmçinin, Rusiyanın dövlət tədqiqat institutlarından birinə də sanksiya tətbiq olunub.
“Bu şirkətlərin hamısı bioloji silah və kimyəvi silah elementlərinin istehsalının müxtəlif aspektlərində iştirak edirlər”, - deyə administrasiya rəsmisi bildirib.
Qeyd olunub ki, bu təşkilatlarla əlaqəli məhsulların hər hansı bir ixracı və təkrar ixracı ABŞ-ın "imtina fərziyyəsi" lisenziyalaşdırma rejiminə tabe olacaq.
ABŞ həmçinin, 7 nəfər Rusiya məmuruna qarşı da maliyyə sanksiyaları tətbiq edib.
İdarə rəsmisinə görə, siyahıda olanların ABŞ yurisdiksiyasında tapıla biləcək bütün əmlakları bloklanacaq.
"Bundan əlavə, bu şəxslərlə əməliyyatlara əhəmiyyətli dərəcədə kömək edən hər hansı bir əcnəbi də sanksiyalara məruz qalacaq", deyə ABŞ rəsmisi deyib.





Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor