» » Bakıda eks-deputatdan gözlənilməz addım: Ağacları kəsərək ərazini zəbt edib? - AÇIQLAMA + FOTO

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / SİYASİ / SAĞLAMLIQ

Bakıda eks-deputatdan gözlənilməz addım: Ağacları kəsərək ərazini zəbt edib? - AÇIQLAMA + FOTO

Milli Məclisin eks-deputatı Nəriman Əliyevin Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10 C ünvanında anbar sahəsini artırmaqla sözügedən ərazini pul və ya nüfuz hesabına zəbt edərək adına rəsmiləşdirdiyi iddia olunur.
Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
Məlumatda iddia olunur ki, eks-deputat həmin ərazidə ağacları kəsərək məhv edib və boş ərazi şəkilində saxlayıb.
Faktla əlaqədar güc strukturlarına və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda sözügedən məsələ ilə bağlı qurumun əməkdaşları tərəfindən araşdırma aparılır.







Könül Cəfərli
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor