» » Vətən müharibəsi şəhidi Rəşad Zeynallının doğum gününə aid tədbirlər keçrilib

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Vətən müharibəsi şəhidi Rəşad Zeynallının doğum gününə aid tədbirlər keçrilib

Aprelin 21 Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Rəşad Qiyas oğlu Zeynallının doğum günüdür. 21 aprel 1998-ci ildə Bakı şəhərində anadan olan Rəşad, 2015-2018-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsil alıb. 
Rəşad hərbi xidmətdə olduğu müddətdə dəfələrlə hərbi hissə tərəfindən fəxri fərmanlarla təltif olunub. Bu gün də hərbi hissə komandirləri, əsgər yoldaşları Rəşadın gözəl əxlaqı dəyərlərə malik igid, cəsur, vətənə sədaqətli bir əsgər kimi xatırlayırlar. 44 günlük Vətən müharibəsində şəhid olan Rəşad göstərdiyi qəhrəmanlıqla zəfər dastanı yazan yüzlərlə  şəhidimizdən biridir.
Rəşad Zeynallı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşaraq, oktyabrın 8-də şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Zeynallı ölümündən sonra "Vətən uğrunda" ,"Cəbrayılın azad olunması","Qubadlının azad olunması" və"Cəsur döyüşcü" medalları ilə təltif edilib.
Məkanı cənnətdir!







Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor