» » Mustafa Guzelkayanın rəhbərlik etdiyi nümayəndə heyəti 26 oktyabrda YAP Səbail rayon təşkilatında olublar

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Mustafa Guzelkayanın rəhbərlik etdiyi nümayəndə heyəti 26 oktyabrda YAP Səbail rayon təşkilatında olublar

Azərbaycanda səfərdə olan İqdır Aralıq Bələdiyyəsinin başqanı, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) tanınmış simalarından olan Mustafa Guzelkayanın rəhbərlik etdiyi nümayəndə heyəti 26 oktyabr 2022-ci il tarixində YAP Səbail rayon təşkilatında olublar. Görüşdə həmçinin “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev, “Gənc Vətənpərvərlər” İctimai Birliyinin sədri, ictimai xadim Muğan Əliyev iştirak edib. YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev nümayəndələri qarşılayaraq iki dövlət arasında möhkəm dostluq əlaqələrindən söhbət açıb. Qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin xarici siyasətində mühüm yer tutan qardaş ölkə Türkiyə ilə münasibətlərin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt bugün dövlət başçısı İlham Əliyev tərəfindən daha da inkişaf etdirilmiş və ölkələrimizin strateji tərəfdaşlığının dərinləşməsinə nail olunmuşdur. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də digər rəsmilərinin vaxtaşırı qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayaraq ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına şərait yaratmış və müxtəlif sahələrdə müqavilələr imzalanmasına, sazişlər bağlanmasına gətirib çıxarmışdır. Beləliklə, indiyə qədər daim Azərbaycan və Türkiyə bir-birinin çətin günlərində dəstək olmuş, beynəlxalq müstəvidə bir-birinin haqq səsinin çarçısı olmuşdur. Daha sonra, Mustafa Güzelkaya çıxış edərək Türkiyə - Azərbaycan əlaqələrinin qırılmaz tellərlə bağlanması türk dünyasının daha çox birləşməsində həlledici rol oynadığını və bu gün dünyanın qarışıq və mürəkkəb bir durumunda türk dünyasının sıx birlik, həmrəylik nümayiş etdirməsi çox vacib və zəruri olduğunu vurğuladı. Daha sonra, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev çıxış edərək bildirmişdir ki, Azərbaycan və Türkiyənin münasibətləri iki müttəfiq ölkə və ya dost ölkə anlayışlarından daha böyükdür. Biz iki qardaş ölkəyik. Ulu Öndərimiz Heydər Əliyevin dediyi “Bir millət, iki dövlət” fikri həqiqətən də reallıqdır. Buna bənzər bir fikri Prezident Rəcəb Tayyib Ərdoğan da səsləndirmişdir: “Azərbaycan bizim üçün sadəcə dövlətlərdən bir dövlət, azərbaycanlı qardaşlarımız da millətlərdən bir millət deyil. Biz eyni dili danışan, eyni inanca mənsub, ortaq bir tarixi keçmişi olan, sözdə deyil, əməldə qardaş, bir millət, iki dövlətik. “Gənc Vətənpərvərlər” İctimai Birliyinin sədri Muğan Əliyev çıxış edərək hal -hazırda əlaqələrimizin bu səviyyəyə çatmasında türk dünyasının iki dahi oğlu - möhtərəm Prezidentimiz İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xidmətləri danılmazdır. Məhz onların sayəsində bu gün Azərbaycan-Türkiyə əlaqələri günü-gündən bütün sahələri əhatə etməklə inkişaf edir. Görüşdə hər iki ölkənin partiyalarının daha yüksək səviyyədə əməkdaşlığı təsdiq edildi. Azərbaycan – Türkiyə əlaqələrinin, mədəni, ictimai və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi planlaşdırıldı. Son olaraq, hər iki qurum rəsmiləri bu kimi görüşlərin iki dövlət arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində və əməkdaşlıq münasibətlərinin daha genişləndirilməsində əhəmiyyətli rol oynadığını vurğuladılar.









Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor