Demo Site » ƏSAS » Şəhid mayor Vüsal Vəliyevin xatirəsinə həsr olunmuş “Qisas 44” adlı kitabın təqdimatı 25 noyabr 2022-ci il tarixində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirildi.
Şəhid mayor Vüsal Vəliyevin xatirəsinə həsr olunmuş “Qisas 44” adlı kitabın təqdimatı 25 noyabr 2022-ci il tarixində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirildi.
Şəhid mayor Vüsal Vəliyevin xatirəsinə həsr olunmuş “Qisas 44” adlı kitabın təqdimatı 25 noyabr 2022-ci il tarixində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirildi. Ailə üzvləri çıxış edərək Şəhid mayor Vüsal Vəliyevin keçdiyi qəhrəmanlıq yolu haqqında iştirakçıları məlumatlandırıb. Qeyd edək ki, Vüsal Vəliyev 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində anadan olub. 1994-2002-ci illərdə Dizə kənd tam orta məktəbində, 2002-2005-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2005-2009-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Azərbaycan Ordusunun mayoru olan Vüsal Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Vəliyev noyabrın 9-də Şuşa döyüşləri zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Vəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi. Şəhid mayor Vüsal Vəliyevin təltif edildiyi medallar: “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı “Əfqanıstanda sülhməramlı missiyaya görə” medalı (15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra) Tədbirdə Millət Vəkilləri, Qeyri-Hökumət Təşkilatlarının rəhbərləri, media nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və digər ictimai xadimlər iştirak etmişdir.
Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Xəbər üçün şərhlər