Yarımçıq təhsil yarımçıq arzulardır
Bu...
Əhalinin, xüsusilə həssas qruplardan olan qadın və qızların özünüməşğulluq proqramına cəlb olunması əmək bazarının davamlı islahatlar aparılan sahəsidir. Dövlətin dəstəyi ilə sosial cəhətdən həssas şəxslərə və aztəminatlı ailələrə kiçik biznes mühitinin yaradılmasına, dayanıqlı və gəlir gətirən iş yerlərinin açılmasına səbəb olan bu səmərəli planın həyatakeçmə mexanizmləri ilə bağlı güclü hüquqi baza mövcuddur. Bu gün kişilərlə bərabər qadınlar demək olar ki, cəmiyyətin bütün sferalarında təmsil olunurlar. Amma bununla bərabər statistikaya nəzər saldıqda görürük ki, dövlətin və biznesin idarə olunmasında, qərar qəbul etmədə və kiçik və orta sahibkarlıq subyektləri arasında hələ də qadınların təmsilçilik faizi qənaətbəxş deyil. Bu kimi nəticələrin əsas səbəblərindən biri də qadınların bu kimi proqramlardan məlumatsız olmalarıdır, informasiya imkanlarının az olması hallarıdır. Bu kimi problemləri nəzərə alaraq, “Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qadınlar özünüməşğulluq proqramında-öyrənək və öyrədək” adlı tədbirlərin təşkili layihəsini icra edir. Təşkilatın sədri Xanım Əhmədzadə keçirilən tədbirlər haqqında məlumat verərək bildirmişdir ki, icra müddəti 3 ay olan layihəmiz 01.08.2023 –cü il tarixindən start götürüb. Maarifləndirmə tədbirləri Bakı və Bakıətrafı kəndlərdə yaşayan benefisiarlar üçün nəzərdə tutulub. Layihənin əsas məqsədi həssas qruplardan olan qadın və qızların özünüməşğulluq proqramına cəlb olunmasına yardım göstərmək məqsədi ilə maarifləndirmə tədbirlərinin keçirilməsidir. Bakının Xətai, Suraxanı, Nizamı, Sabunçu rayonlarında keçirdiyimiz tədbirlərdə Əmircan, Bülbülə, Kürdəxanı, Maştağa, Pirşağı və digər kəndlərin sakinləri fəal iştirak ediblər. Benefisiarlarımız həm özünüməşğulluq proqramı haqqında geniş məlumat alıblar, həm də proqrama qoşulmaq və kiçik bizneslərini idarə etmək qaydalarını öyrəniblər. Tədbirlər zamanı iştirakçılara özünüməşğulluq sahəsində dövlətin strategiyası, siyasəti, işsizliklə mübarizə sisteminin əsasları, normativ hüquqi bazası barədə də informasiya verilib. Bu kimi tədbirlər ictimai iştirakçılığın artırılmasına və vətəndaş cəmiyyəti təsisatları ilə şəffaf əməkdaşlığın gücləndirilməsinə təsir edən fəaliyyətdir.
Mətbuatda Azərbaycanda qadın məhkəmə sədrlərinin olmadığına dair bir sıra məlumatlar dərc olunub....
Youngest pussy in one place - Become one of...
от MarvinSpoks в Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu minaya düşərək həlak olanlarla bağlı bəyanat yayıb
Bonjour, Je vous propose la création d'un...
от Stéphane в Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu minaya düşərək həlak olanlarla bağlı bəyanat yayıb
Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.
Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev
Tel.: 055-222-22-18
Xəbər üçün şərhlər