ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / ANALİTİK / MÜSAHİBƏ / HADİSƏ
Elmi-praktik konfrans kecrilib
Qastroenterologiya və Hepatologiya sahəsində müasir klinik tövsiyələr” adlı elmi praktik konfrans keçirilib
Bu
13-14 yanvar 2024-cü il tarixdə Big Group Sağlamlıq Turizm şirkəti tərəfindən “Qastroenterologiya və Hepatologiya sahəsində müasir klinik tövsiyələr” adlı elmi praktik konfrans təşkil olunacaq. Konfransın ilk günü “Four Seasons” oteldə, ikinci günü isə “Yeni Klinika”da baş tutacaq.
“Cərrahi koloproktologiya və qaraciyər problemləri”, “Mədə və nazik bağırsaq patologiyası”, “Qaraciyər sirrozları”, “Hepatologiyanın aktual yenilikləri (2022-2023 illər)” və “Advans endoskopiya və cərrahiyyə” adı altında 5 sessiya üzrə təşkil ediləcək konfransda mövzu üzrə çıxışlar ediləcək, mühazirələr dinləniləcək, fikir mübadiləsi aparılacaq.
Təlim-konfransda yerli həkimlərlə yanaşı Türkiyədən olan prof.dr.Ümit Koç və prof.dr.Ayhan Dinçkan tərəfindən mövzu ilə bağlı çıxışlar ediləcək.
İkigünlük konfrans Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar İctimai Birliyi, Azərbaycan Qastroenterologiya İnvaziv Endoskopiya Cəmiyyəti, DİAMED Holdinq, İstinye Universiteti Bahçeşehir Liv Xəstəxanası, Acibadem Hospital ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik
qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.
Xəbər üçün şərhlər