» » “Sivil Toplum” ABŞ-ın Azərbaycandakı səfirliyində diplomatik korpus nümayəndələri ilə görüş keçirib

ƏSAS / ÜMUMİ / SİYASİ

“Sivil Toplum” ABŞ-ın Azərbaycandakı səfirliyində diplomatik korpus nümayəndələri ilə görüş keçirib

Yanvarın 22-də “Sivil Toplum” Monitorinq Koalisiyasının həmsədrləri Əhməd Abbasbəyli (“Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin sədri) və Qorxmaz İbrahimli (“Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri) ilə ABŞ-ın Azərbaycandakı səfirliyinin binasında keçirlən görüşdə ABŞ səfirliyin siyasi müşaviri Brett Dvorak, Avropa İttifaqının səfirliyinin məsul şəxsi Annaliza Giansanti, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birinci katibi Marsel Vietor, Fransanın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə məsul şəxsi Eva Sey iştirak ediblər.  Görüşdə Qorxmaz İbrahimli əvvəlcə “Sivil Toplum” Monitorinq Koalisiyası haqqında, 07 fevral 2024-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində qarşıda duran vəzifələr barədə məlumat verib. Sonra  Əhməd Abbasbəyli isə seçki mühiti, seçki prosesinin müşahidəsindən danışaraq, keçiriləcək seçkilərdə Koalisiyanın müşahidəçilərinin görəcəyi işlər barədə məlumat verib, müşahidəçilərin bu prosesdə əhəmiyyətini vurğulayaraq, faydalı olacağına inandığını bildirib. Həmsədrlər seçki ərəfəsində və seçki dövründə söz və mətbuat azadlığı, sərbəst toplaşma və s. bu kimi fundamental azadlıqların təmin olunması vəziyyəti barədə danışıb, namizədlərin irəli sürülməsi, qeydiyyatı və təşviqat mərhələsində yol verilmiş nöqsanlar, seçici siyahısı, məntəqə seçki komissiaylarının təşkili ilə bağlı problemlər barədə məlumat veriblər.
Görüş zamanı, bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor