» » Prezident bu Xalq artistinə 4 otaqlı mənzil HƏDİYYƏ ETDİ - FOTO

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Prezident bu Xalq artistinə 4 otaqlı mənzil HƏDİYYƏ ETDİ - FOTO

Prezident İlham Əliyev Xalq artisti, şəhid atası Əli Nura 4 otaqlı mənzil hədiyyə edib.
Manset.az xəbər verir ki, bu barədə Akademik Milli Dram Teatrının mətbuat xidmətindən bildirilib.Əli Nur diqqət və qayğısı üçün Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib:
“Mənim üçün, ailəm üçün böyük sevinc oldu. Şəhərin gözəl bir yerində geniş mənzildir. Bu mənzil bizim üçün böyük hədiyyədir. Onu da deyim ki, dünən şəhid oğlumun ailəsinə də Xocasən qəsəbəsində mənzil verildi. Bir daha ailəm adından, nəvələrim adından Ali Baş Komandanımız İlham Əliyevə minnətdarlığımızı bildiririk”.
Qeyd edək ki, Əli Nur Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsüdür. Oğlu Baş leytenant Rövşən Nurzadə Şuşanın işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə canından keçərək şəhid olub.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor