» » Şəhid Azər Salmanovun adına inşa edilmiş xatirə bulağın açılışı.

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Şəhid Azər Salmanovun adına inşa edilmiş xatirə bulağın açılışı.

Abşeron rayonu, Saray qəsəbəsində Şəhid Azər Vəfadar oğlu Salmanovun adına inşa edilmiş xatirə bulağının təntənəli açılışı oldu. Tədbirin rəsmi açılışını AVMVİB-nin sədrinin səlahiyyətli nümayəndəsi pokovnik Elmar Hüseynov elan etdi. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Şəhidlərin və Ulu Öndər Heydər Əliyevin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının dövlət himni ifa edildi. 
Gənc şair Elvin Əlizadə tədbirdə aparıcılıq etdi. Salmanovlar ailəsinin ağsaqqalı Arif Salmanov tərəfindən xatirə bulağının ağ örtüyünü açıldı. O, Azərin keçdiyi qısa, amma cəsur və qəhrəmanlıqla dolu döyüş yolu haqqında məlumat verdi. Xatirə bulağının Şəhidin doğma əmisi oğlu Tural Salmanovun şəxsi vəsati hesabına tikildiyi bildirildi. 
Tədbirdə Abşeron rayonunun İcra başçısı İradə Gülməmmədova, Veteran-Qazi Vidadi Ağagülov, Şəhidin atası Vəfadar kişi, İTV-nin aparıcısı Jalə Həsənli, xeyriyyəçi iş adamı Kamil Zeynallı, Şəhid İzzətin anası Vəfa xanım, Hacı Ramil, Hacı Şamil Həsənli, Hacı Zahir, Azərbaycanın Milli Qəhrəmanı, Şəhid general Polad Həşimovun anası Səmayə xanım, Şəhid Qadir Heydərovun atası, Qazi Rüfət Həsənov, AVMVİB-nin Sumqayıt şəhəri üzrə sədri Teymuraz Mansurov, Qazi-Veteran İlham Rüstəmov, Veteran Ramazan Qurbanov, Veteran Nazim Əliyev, Tokio olimpiadasında para olimpiadaçıların çempionu  Şəhanə, Sumqayt şəhəri YAP Gənclər şöbəsinin sədri çıxış etdilər. 2 sayli orta məktəbin müəllimi Zemfira xanım və şagirdləri yadda qalan şeirlər, məzmunlu çıxışlar etdilər. 
Tədbirdə gözəl dini və vətənpərvər mahnıları ilə yadda qalan Günel Məhərrəmli, Nəfəs xanım, Vəfa xanım, Elşən Xəzər,Talıb Taleh, Balabəy, Yaşar Qafanlı, Seyid Taleh Boradigahlı, Tərlan Novxanılı, Elvin Nasir, Şöhrət, Nüşabə Musayeva, Pünhan çıxış etdilər.
Tədbirdə AVMVİB-nin Qubadlı şöbəsinin sədri Təyyar Eminov, Sumqayıt şöbəsinin sədri Teymuraz Mansurov, müavini Zəki Rəhimov Nəsimi şöbəsinin sədri Elmar Hüseynov, Veteranlar Asəf Fərzəliyev, Vidadi Ağagülov, İlham Rüstəmov, Elşad Qafarov Əvəz Abdullayev, Əbülfət Kərimov, Hacı Surxay və ictimaiyyət nümayəndələri iştirak etdilər.
 Salmanovlar ailəsi adında Tofiq Salmanov çıxış edərək tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi. Mərasim evində Şəhidin adına ehsan süfrəsi təşkil olundu.










Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor